“Pensiya fondu” bank xidmətləri üçün böyük məbləğdə pul ödəyəcək

“Pensiya fondu” bank xidmətləri üçün böyük məbləğdə pul ödəyəcək

"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi nağdsız qaydada ödənişlərin həyata keçirilməsi üçün bank xidmətlərinin göstərilməsinə 8,93 milyon manat ödəyəcək.


Sfera.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı public hüquqi şəxslə “Kapital Bank” ASC arasında müqavilə bağlanıb.

 

Müqaviləyə əsasən bank xidmətləri bütün növ sosial ödənişləri əhatə edəcək. Belə ki, razılaşma Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Prezidenti tərəfindən təyin edilən təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirilməsini nəzərdə tutur.



Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR