Öldürülən qızıl alverçisinin evindən külli miqdarda qızıl oğurlandı
20:10 / 06.01.2016
807
Ötən gün Bakıda yaşadığı mənzildə amansızlıqla qətlə yetirilən qadının mənzilindən külli miqdarda qızıl əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.
M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.