Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Rusiyalı məşhur aktrisa, Dövlət Musiqili Komediya Teatrının veteranı İrina Bragina 96 yaşında vəfat edib.

 

Sfera.az TASS-a istinadən bildirir ki, bu barədə aktrisanın 30 ildən artıq çalışdığı teatrın mətbuat xidməti məlumat yayıb.

 

O, 96 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, İ.Bragina 1952-1983-cü illərdə Musiqili Komediya Teatrının aparıcı solisti kimi fəaliyyət göstərib.

 

O, 1983-cü ildən etibarən Feliks Dzerjinski adına Mədəniyyət Sarayının (indiki Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Sankt-Peterburq Mədəniyyət Mərkəzi) həvəskar incəsənət şöbəsinə (operetta studiyası) rəhbərlik edib.

 

(report)


OXŞAR XƏBƏRLƏR