Roza Zərgərlinin oğluna niyə ev verildi? – NAZİRLİK AÇIQLADI

Roza Zərgərlinin oğluna niyə ev verildi? – NAZİRLİK AÇIQLADI

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarova mənzilin verilməsi ilə bağlı açıqlama verib.



Sfera.az-ın məlumatına görə, qurum rəsmisi qeyd edib ki, nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir.



“İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”, deyə M.Həşimov əlavə edib.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.   Sfera.az xəbər verir ki, a...

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...