ABŞ-lı fenomenin 9 aylıq qazancı gündəm oldu: 18 milyon dollar...

Maqazin
13:19 / 06.07.2022
12363
Amerikalı fenomen son paylaşımı ilə gündəm olub.
Sfera.az bildirir ki, sosial media fenomeni Korinna Kopfun “OnlyFans”dan nə qədər qazandığını göstərən video, rəfiqəsi tərəfindən paylaşılıb. Korinnanın buradan 9 ayda 18 milyon dollar əldə etdiyi ortaya çıxıb. Videoda Kopfun gəlirinin ayda bir milyon, bəzi aylarda isə 2 milyon dollara çatdığı görünüb. Paylaşımdan sonra fenomen qısa müddət ərzində müzakirə obyektinə çevrilib.
Qeyd edək ki, “OnlyFans”da məzmun istehsalçıları şəxsi fotoşəkilləri ilə pul qazanırlar. Cinsi əlaqə işçiləri arasında populyarlıq qazanan bu şəbəkəyə, son aylarda sosial media fenomenləri də qoşulmağa başlayıb.
Türkan