Rusiyalıların turist səfərləri azalacaq - Pul çatışmazlığına görə

Rusiyalıların turist səfərləri azalacaq - Pul çatışmazlığına görə

Rusiya vətəndaşları bu il istirahət məqsədilə az pul xərcləyəcəklər.


Sfera.az xəbər verir ki, bunu “Otkritie” qeyri-dövlət pensiya fondunun keçirdiyi sorğusunun nəticələri üzə çıxarıb.


Qeyd edək ki, dünyada turizmə, istirahətə ən çox pul xərcləyən insanlar arasında Rusiya vətəndaşları da var. Azərbaycana gələn xarici turistlər arasında Rusiya vətəndaşlarının payı böyük olur.


Lakin aparılan sorğu göstərib ki, bu il pul çatışmazlığına görə, xaricə turist səfərlərinin sayı azalacaq. Sorğuda iştirak edənlərin 30 faizi etiraf edib ki, gəlirlərinin azalmasına görə istirahət xərclərini azaltmağa məcbur qalıblar. Daha 7 faiz sorğu işirakçısı isə adi istirahət imkanının olmamasından gileylənib.


Respondentlərin 70 faizi pandemiyadan əvvəl istirahətlərini xarici kurortlarda keçirdiklərini qeyd edib. Sorğuda iştirak edənlərin 80 faizi bu vəziyyətdə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklərini bildiriblər.


Sorğu üzə çıxarıb ki, ölkə sakinlərinin təxminən yarısı tətil üçün əvvəlcədən pul yığırlar. Bu insanlar tətilə 500-700 dollar xərcləməyi nəzərdə tuturlar.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR