Ukraynada üç braziliyalı könüllü öldürülüb - FOTO 

Ukraynada üç braziliyalı könüllü öldürülüb - FOTO 

Rusiya işğalına qarşı döyüşmək üçün Ukraynaya gedən üç braziliyalı könüllü cəbhə xəttində həlak olub.

Sfera.az bildirir ki, onlar arasında keçmiş model və aktrisa Thalita do Valle də var. O, Xarkov yaxınlığında ruslara qarşı döyüşərkən öldürülüb. Digər keçmiş braziliyalı əsgər Duqlas Buriqo da Valleni xilas etməyə çalışarkən həlak olub.

 

Braziliya mətbuatı hücum zamanı iki könüllünün bunkerdə gizləndiyini, snayperçi Thalita do Vallenin isə içəridəki yanğın nəticəsində tüstüdən boğularaq öldüyünü yazıb. Bildirilib ki, Rusiya raketləri braziliyalı könüllülərin gizləndiyi bunkerə düşüb.

 

Digər tərəfdən 39 yaşlı keçmiş modelin daha əvvəl İraqda terror təşkilatı DEAŞ-a qarşı döyüşlərdə iştirak etdiyi vurğulanıb. Məlumata görə, yeniyetməlik illərində modellik və aktyorluq fəaliyyəti ilə məşğul olan Valle,  sonradan heyvan hüquqları müdafiəçisi kimi tanınıb. Thalita do Valle iyunun 14-də Ukraynadan ilk paylaşımını edib.

 

Qeyd edək ki, üçüncü braziliyalı Andre Hack Bahi iyunun əvvəlində Rusiyanın hücumları nəticəsində öldürülüb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR