Türkiyəli məşhurlar polisə çağırıldı - Aylin Coşkun, Necati Şaşmaz, Erkan Petekkaya və…

Türkiyəli məşhurlar polisə çağırıldı - Aylin Coşkun, Necati Şaşmaz, Erkan Petekkaya və…

Türkiyədə “Sarallar" kimi tanınan mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyatla bağlı bəzi məşhurlar polis bölməsinə çağırılıb.

Sfera.az bildirir ki, müğənni Aylin Coşkun, aktyor Necati Şaşmaz, Erkan Petekkaya və Sinan Enginin istintaq çərçivəsində ifadələri dinlənilib.  Digər tərəfdən İstanbulun 13 vilayətində keçirilən əməliyyatda saxlanılanların sayı 119-a yüksəlib. Dəstə başçısı olduğu iddiası ilə saxlanılan iş adamı Erdal Acarın mafiya rəhbəri kimi süfrələr qurduğu, həmkarlarına xərac verdiyi iddiaları irəli sürülüb.

 

Qeyd edək ki, “Sarallar” qrupunun təşkil etdiyi əməliyyatda 1500 polis əməkdaşı iştirak edib. İstanbul mərkəzli Yalova, Kocaeli, Manisa, Muğla, İzmir, Antalya, Sakarya, Trabzon, Tekirdağ, Samsun, Ankara və Artvində eyni vaxtda keçirilən əməliyyatlar zamanı şübhəlilərin evlərində 46 sənədsiz tapança, 55 maqazin, 6 ov tüfəngi, 1 qələm şəkilli sui-qəsd silahı, 1 səsboğucu, min patron, 1 polad jilet, çoxlu çek, veksel və rəqəmsal materiallar, 900 min dollar və 413 min avro müsadirə edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...

Ronaldonun Corcinası kişini qum üstündə "sürüdü" - VİDEO

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, 31 yaşlı modelin meneceri ilə güləşdiyi anl...