Makronun bu sözləri və görüntüləri GÜNDƏM OLDU

Makronun bu sözləri və görüntüləri GÜNDƏM OLDU

Fransa prezidenti Emmanuel Makronun əhval-ruhiyyəsi mətbuatın gündəmi olub.

Sfera.az bildirir ki, aprel ayında yenidən prezident seçilən, lakin qələbə sevincini yaşaya bilməyən Makron son günlər kameralar qarşısındakı vəziyyəti ilə diqqət çəkib. Fransanın məşhur “Le Monde” qəzeti ölkə başçısının dostlarına “hamımız yorulmuşuq” dediyini bildirib.

 

“Le Point” qəzeti isə bu iddiaları daha da irəli apararaq Fransa liderinin seçkidən sonra bütün enerjisini və sağlam düşüncəsini itirdiyini yazıb. Paralel olaraq, Makronun ən böyük rəqibi Marine Le Pen Fransa lideri ilə görüşünə toxunaraq, “The Times”a açıqlamasında “məndə elə təəssürat yarandı ki, o, nə etmək, hara getmək istədiyini bilmir”, deyə vurğulayıb.

 

“Le Monde”a danışan və adının açıqlanmasını istəməyən bir nazir isə “Makron yeni macərasını müəyyənləşdirməkdə çətinlik çəkir”, deyə söyləyib.

 

Xatırladaq ki, Fransada keçirilən 2-ci tur seçkilərində Makron və qrupu parlamentdə mütləq çoxluğu itirdikdən sonra baş nazir Elizabet Borne vəzifəsindən getmək istədiyini bildirərək, istefa ərizəsini təqdim edib. Makron isə onun təklifini rədd edərək vəzifəsində qalması ilə bağlı israr edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR