Çavuşoğludan F-16 açıqlaması

Çavuşoğludan F-16 açıqlaması

“ABŞ ilə münasibətlərimizdə nisbətən müsbət ab-hava var. Ola bilər ki, problemlər həll olunsun, münasibətlər yaxşılaşsın”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

"F-16 ilə bağlı danışıqlarımız çox müsbət olub. ABŞ Prezidenti Co Bayden də bildirib ki, F-16-ların Türkiyəyə təhvil verilməsinin tərəfdarı olub, ancaq təsdiq Konqresdən keçməlidir. Demokratik partiyada bu vəziyyətə qarşı çıxan bir neçə senator var. Lakin hazırda mənfi mənzərə görmürük", - Çavuşoğlu bildirib.

 

Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR