ŞOK XƏBƏRDARLIQ: Bu baş versə, nefin qiyməti 380 dollara yüksələcək

ŞOK XƏBƏRDARLIQ: Bu baş versə, nefin qiyməti 380 dollara yüksələcək

ABŞ-ın böyük maliyyə qurumlarından olan “JPMorgan” cümə günü yayımladığı hesabatında Rusiyadan neft idxalının azaldılacağı təqdirdə, bu ölkənin neft hasilatını da azaldacağını bildirərək, neft bazarlarında qiymət təlatümlərinin baş verəcəyi haqqında xəbərdarlıq edib.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin sanksiyalarından sonra bu ilin sonuna kimi Rusiyanın neft ixracının 5 milyon barrel azalacağı proqnozlaşdırılır. Maliyyə qurumu bəyan edir ki, əgər idxal 5 milyon barel azalarsa, “Brent” neftinin qiyməti 380 dollar/barel səviyyəsinə yüksələcək:

 

“Rusiya neft hasilatını ona zərər vermədən təxminən 5 milyon barel/gün azalda bilər. Bu baş verərsə, neftin qiymətləri “uçacaq””.

 

“JPMorgan”a görə, neft tədarükü sutkada 3 milyon barel azalarsa, “Brent” markalı neftin qiyməti 190 dollar/barel, neft tədarükü sutkada 5 milyon barel azalarsa, 380 dollar/barel ola bilər.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR