Bahalaşmada növbəti rekord: qiymətlərdə artım 79 faizə yüksəlib
İqtisadiyyat
12:37 / 04.07.2022
6494
Türkiyədə iyun ayında qiymət artımları bir qədər də güclənib.
Sfera.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı aylıq və illik bahalaşmanı açıqlayıb. Rəsmi məlumata əsasən, aylıq bahalaşma 4,95 faiz, illik bahalaşma 78,62 faiz olub.
Türkiyədə illik müqayisədə ən böyük bahalaşma nəqliyyatda (123,4 faiz), qida məhsullarında (94 faiz) və ev əşyalarında (81,1 faiz) qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə qiymət artımlarının böyük olmasına dollar/lirə məzənnəsinin davamlı yüksəlməsi və enerji qiymətlərinin artması ilə bağlıdır.
Vasif
Sfera.az