18 kilometr diametrdə olan  komet Yer kürəsinə yaxınlaşır – İyulun 14-də... + FOTO

18 kilometr diametrdə olan  komet Yer kürəsinə yaxınlaşır – İyulun 14-də... + FOTO

NASA Yerə doğru hərəkət edən nəhəng kometin görüntüsünü paylaşıb.

Sfera.az bildirir ki, həvəskar astronom Xose Çambo iyunun 20-də C/2017 K2 (PanSTARRS) kometinin şəklini çəkib. Qeyd olunub ki, göy cismi hazırda Yerdən 300 milyon kilometrdən az məsafədədir. Bundan əlavə, məlumata görə, iyulun 14-də komet  uzun məsafə qət edərək planetimizin, dekabrda isə Günəşin ən yaxın mövqeyinə çatacaq.

 

Bildirilib ki, nüvəsi 18 kilometr diametrdə olan nəhəng komet C/2017 K2 (PanSTARRS) 2017-ci ildə ilk dəfə 2,4 milyard kilometr uzaqlıqda kəşf ediləndə artıq koma yaradırdı. Koma Günəşin kometi qızdırması nəticəsində yaranan qaz bulududur. Parlayan koma kiçik teleskopun köməyi ilə gecə səmasında görünə bilsə də, adi gözlə müşahidə mümkünsüzdür. 

 

NASA-nın yaydığı məlumata əsasən, komet sentyabr ayına qədər Şimal yarımkürəsində teleskoplara görünəcək.

 

Türkan


OXŞAR XƏBƏRLƏR