Tələbə, stilist... - Türkiyənin "Diva"sı Bülent Ersoyun bütün sevgililərinin SİYAHISI/FOTOLAR

Tələbə, stilist... - Türkiyənin

Türk Sənət Musiqisinin divası Bülent Ersoyun hər addımı gündəm olur. Onun özündən 38 yaş kiçik keçmiş sevgilisi Berk Yılmazla yenidən eşq yaşadığı barədə şayiələr dolaşandan bəri Bülentin indiyə qədər kimlərlə sevgili olduğu haqda kiçik araşdırma etmişik. 

 

Sfera.az Bülent Ersoyun keçmişdən bu günə kimi şəxsi həyatı və yaşadığı münasibətlər barədə məlumatları təqdim edir: 

1.    Türk mediasında yayılan məlumatlara əsasən, Bülentin cinsiyyət dəyişdirmə əməliyyatından öncə sirr kimi saxladığı Mehtap Hasbek adlı sevgilisi olub. İddialara görə, onlar nişanlı olublar və hətta, 1971-ci ildə Mehtapın hamilə olduğu barədə gizli məlumatlar da var. Bu şayiələrə cavabında isə diva deyib ki, mən nişanlanmamışam, uşaq doğmamışam və doğuzdurmaram da!. 

Bundan başqa, pop diva Mehtap Hasbek tərəfindən şantaj olunduğunu da mediaya açıqlayıb. Bu şəkilləri ilə maqazin düyasında müzakirə olunan Bülent vurğulayıb ki, bunlar tamamilə tələdir. Bundan sonra, hadisənin üstü birdəfəlik bağlanır. 

2.    Bülent 1980-ci illərdə cinsiyyətini dəyişdirəndən sonra Birol Gürkanlı adlı şəxslə 14 il boyunca münasibət yaşayıb. Onunla evlənməməsinin səbəbi isə Birolun Almaniyada başqa bir qadınla evli olması olub. Mediada yayılan məlumatlara əsasən, Bülent Birolun oğluna bir müddət analıq edib. 

3.    Bülentin ilk rəsmi nikahı Cem Adlerlə baş tutub və Cem onunla evlənəndə cəmi 19 yaşı var idi.  Pop diva o vaxtlar sevgilisinin adının tanınmasına şərait yaradıb, lakin, o, Bülentə başqa bir qadınla xəyanət edib... Bülent onu tək qələmdə silib desək, yanılmarıq. 

4.    Cem Adler ilə boşanma prosesi zamanı sənətçinin adı Hakan Alkoçla eşq yaşadığı iddia olunurdu. O, Hakanın doğum gününə qatılandan sonra bu iddiaları doğrulamış oldu. Bundan sonra isə Bülentin Nazan Şorayın sevgilisini əlindən aldığı da deyilirdi.

 

5.    Gənc oğlanlara meyilliliyini gizlətməyən ifaçı 2000-ci illərin əvvəlində Toprak adlı universitet tələbəsi ilə sevgili olub. Bülent niyəsə onun adını, hətta varlığını mediadan gizlədib. Cütlük o vaxtlar eyni musiqi şirkətində çalışıblar. Bülent Toprakın səs yazılarını dinləyib və beləcə, ona aşiq olub. O, hətta Toprakın ilk klipinin prodüseri olub. Amma o da divanı xoşbəxt edə bilmədi…

6.    2003-cü ildə divanın 18 yaşlı Çağlar Mutafla eşq yaşadığı maqazin gündəminə bomba kimi düşmüşdü. Çağların yetkinlik yaşına çatmadığı üçün özündən yaşca böyük biriylə sevgili olması xeyli müddət gizli saxlanılıb.  18 yaşı tamam olduqdan sonra üzə çıxan cavan sevgili ilə də münasibət çox getmədi. 


7.    Bülentin ikinci evliliyi 2007-ci ildə münsif kimi qatıldığı “Popstar” yarışmasında bir könüldən, min könülə vurulduğu Armağan Uzunla oldu. Bu da uğursuz alınır, çünki Armağan da onu aldadır. Bundan sonra, kariyerasında irəli getmək üçün peşmançılığını etiraf edir, hətta, Ersoyla yenidən evlənmək istəyir. Ancaq Bülent son nöqtəni çoxdan qoymuşdu...

 

8.    Pop divanın stilisti Semih Doğruer ilə “Instagram”da paylaşdığı səmimi fotosu müzakirələrə səbəb olmuşdu. Onların sevgili olduqlarını Bülentin “Həyatım, eşqim, öpürəm...” notunu yazmasıyla təsdiqlənmişdi. 

9.    Bu arada, sənətçinin 2016-cı ildə ehtişamlı eşq yaşadığı keçmiş sevgilisi Berk Yılmazla yenidən münasibətə başlaması haqda şayiələr yayılıb. Hətta Bülentin stilisti ilə fotoları yayılan ərəfədə cavan oğlanın hiddətləndiyi barədə məlumat da yayılmışdı. Divanın Berklə barışıb barışmaması haqda suala “Mən oxuduğum kitabı bir daha oxumaram!” - cavabını verir. 

(lent.az)


OXŞAR XƏBƏRLƏR

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...