Sabiq icra başçısına qarşı üç milyon manatlıq mülki iddia qaldırıldı

Sabiq icra başçısına qarşı üç milyon manatlıq mülki iddia qaldırıldı

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Sfera.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda Namiq Zeynalovun vəkilləri müdafiə çıxışı edib.

 

Müdafiəçilər çıxışlarında dövlət ittihamçısının tələblərinə etiraz edərək, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

 

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad rayon İcra Hakimiyyəti dəymiş ziyana görə üç milyon manat, DOST İş Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırıb.

 

Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyib.

 

İttiham olunan sabiq icra başçısı son söz üçün məhkəmədən vaxt istəyib.

 

Proses iyulun 4-nə kimi təxirə salınıb.

 

Qeyd edək ki, prokuror Namiq Zeynalovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Xatırladaq ki, Namiq Zeynalov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.(APA)


OXŞAR XƏBƏRLƏR

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...