Serj Sarkisyanın xaç oğluna 9 il HƏBS CƏZASI

Kriminal
21:04 / 30.06.2022
16693
Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyan (Alraxaçi Levik) 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az xəbər verir ki, müvafiq qərarı İrəvan məhkəməsi qəbul edib.
Məhkəmə Sarkisyanı 2008-ci ilin oktyabrında Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyanın malikanəsinə quldurluq hücumunu təşkil etməkdə təqsirli bilib. Sarkisyanın kürəkəni Suren Kazaryan isə 8 il həbs cəzası alıb.
Xatırladaq ki, Levon Sarkisyan uzun müddət axtarışda idi. 2019-cu ilin noyabrında Rusiyada saxlanılıb, 2020-ci ilin avqustunda isə Ermənistana ekstradisiya edilib.
Qeyd edək ki, Levon Sərkisyan eks-prezident Serj Sarkisyanın xaç oğludur.