Meşə yanğınlarından necə qorunmalı? – Ekspert təhlükəsizlik tədbirlərindən danışdı

Meşə yanğınlarından necə qorunmalı? – Ekspert təhlükəsizlik tədbirlərindən danışdı

“Meşə yanğınları qlobal təhlükədir və ekologiyada fəsadlar yaradır, insanların həyat və sağlamlığına, əmlaklara zərər verir”.

Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Müsahibimiz  bildirib ki, meşə yanğınlarının baş verməməsi üçün mütləq qabaqlayıcı tədbirlər görülməlidir:

 

“Yanğından kimsə sığortalanmayıb, bu, təbii səbəblərdən də baş verə bilər. Ola bilər ki, meşəlik ərazidə ildırım çaxması və ya günəş şüalarının istiliyindən yaranan genişmiqyaslı yanğınlar olsun. İnsan faktoru olan yerdə bu cür hadisələrin baş verməsi qaçılmazdır. Qabaqlayıcı tədbirlərlə belə hadisələrin daha geniş miqyasda yayılmasının qarşısını almaq mümkündür. Meşə sahələri ümumiyyətlə təmiz olmalıdır. Xüsusən də isti yaz-yay aylarında quru otlar, alaqlar, ərazidə çürümüş ağaclar , yarpaqlar  mütləq təmizlənməlidir. Eyni zamanda meşəlik ərazilərə istirahətə gələn şəxslərin yanğın təhlükəsizliyi qaydalarına riayət etmələrinə dair tədbirlər keçirilməli, məlumatlar verilməli, xəbərdaredici nişanların vurulması təmin edilməlidir.

 

Bundan başqa, meşə təsərrüfatı hansı qurumun balansındadırsa (hansısa sahibkar, turizm obyekti və.s), onlar mütləq şəkildə qorumaya da məsuliyyət daşımalı və burada bütün təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər”.

Azərbaycanda güclü meşə yanğınları törədiləcək? - AÇIQLAMA

 

Müsahibimiz deyib ki, meşəlik əraziyə yaxın yaşayan vətəndaşlara məxsus evlərin, obyektlərin yanğın təhlükəsizlik sistemləri olmalıdır:

 

“Bu, ehtiyat su çəni, süni və təbii göllər ola bilər. Mümkündür ki, göllər hansısa sahibkara verilsin və o da gölü qurudub yerində başqa obyekt tiksin, bu, yanlışdır. Çünki yanğın hadisələrində bu cür göllərdən istifadə olunur. Təəssüf ki, bəzən təbii göllər də qurudulur. Bunlar hamısı kompleks görülən tədbirlər planıdır, meşələrin yanğından qorunmasına dair ümumi təhlükəsizlik konsepsiyasında ayrıca işlənməlidir. Nəzərə almaq lazımdır ki, meşə sahələri mürəkkəb coğrafi relyefə malik olan yerlərdir və burada baş verən yanğın qısa zamanda daha geniş əraziyə yayılır. Onun söndürülməsi belə ancaq xüsusi texnikalarla edilir, fiziki olaraq insan əməyindən istifadə etmək çətin olur. Bu baxımdan meşələrin qorunması üçün xüsusi tədbirlər planı həyata keçirilməlidir. Meşə sahələri həmçinin məişət tullantıları ilə zibillənməli deyil. Həmin ərazilərdə məişət tullantılarının qalaqlanması, yandırılması, zibilliyin vaxtında təmizlənməməsi yolverilməzdir və bu kimi hallar yanğınlara səbəb olur”.

 

Günay Rəsulqızı

Tanınmış jurnalistlər MEDİA-nın 1 illik fəaliyyətini dəyərləndirdi —​  AÇIQLAMALAR | KONKRET

 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: ekologiya və ətraf mühitin mühafizəsi


OXŞAR XƏBƏRLƏR

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.   Sfera.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçi...

Hansı kərə yağını almaq daha yaxşıdır?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...