Qazaxıstan 4 ölkəyə sülhməramlılar göndərəcək
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Afrika Respublikasına, Konqo, Mali və Livana sülhməramlılar göndərməyi təklif edib.
Sfera.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Prezident Tokayev Mərkəzi Afrika Respublikasında və Konqo Demokratik Respublikasında sabitliyi təmin etmək üçün BMT-nin missiyası çərçivəsində ümumi gücü təxminən 430 hərbçidən ibarət silahlı qüvvələrin sülhməramlı kontingentini göndərilməsinin vacib olduğunu vurğulayıb.
Dövlət başçısı adıçəkilən ölkələrdən başqa Malidə və Livanda da sabitliyi təmin etmək məqsədilə sülhməramlı missiyaların göndərilməsini təklif edib. Tokayevin istəyini müdafiə naziri Ruslan Jaksılıkov parlamentdə səsləndirib.
Nazirin sözlərinə görə, BMT missiyalarda Qazaxıstan sülhməramlılarının sayının artırılmasını dəstəkləməyə hazırdır, həmçinin onların hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
Vasif
Sfera.az