Fuad Qəhrəmanlının qızınının qanında narkotik aşkarlanmayıb - Ekspertiza rəyi

Fuad Qəhrəmanlının qızınının qanında narkotik aşkarlanmayıb - Ekspertiza rəyi

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksioneri Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Sfera.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində Fərid Qafarov ifadə verib.

 

Ötən prosesdə Sənay Qəhrəmanlının anası Zümrüd Yağmur ifadəsində deyib ki, qızı ilə Əsgər Ağazadənin birlikdə olduğu iddia olunan gündə Fərid Qafarov onlara narkotik aparıb.

 

Məhkəmədə ifadə verən şahid ümumiyyətlə həmin gün Əsgər Ağazadənin evinə getmədiyini bildirib: "Əsgərlə telefonla mesajlaşırdıq. Mənə dedi ki, dur gəl bizə. Həmin gün işim olduğu üçün gələ bilməyəcəyimi dedim. Dediyim kimi, ümumiyyətlə, həmin gün o evə getməmişəm".

 

Bundan sonra iş üzrə sənədlərin tətqiqi mərhələsi başlayıb.Məhkəmədə elan olunmuş ekspertiza rəylərinə görə Sənay Qəhrəmanlının qanında narkotik aşkar olunmayıb. Həmçinin, Sənay Qəhrəmanlının bətnindən götürülən analizdə və bioloji materiallardan götürülən nümunələrdə Əsgər Ağazadəyə aid spermatozoid aşkar olunmayıb.

 

Növbəti proses iyulun 13-nə təyin olunub.

 

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub.


OXŞAR XƏBƏRLƏR

Pirşağıda taxıl sahəsi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olma...

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...