İsveç və Finlandiyanın NATO üzvlüyünə “yaşıl işığın” yandırılmasına Kremldən REAKSİYA
Rusiyadan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə maneələrin aradan qaldırılması ilə bağlı ilk reaksiya gəlib.
Sfera.az bildirir ki, bununla bağlı Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvada jurnalistlərin suallarını cavablandırıb. O, NATO-nun Rusiyanı nəzarətdə saxlamağa çalışdığını iddia edib.
“Madriddə keçirilən sammit alyansın aqressiv Rusiya siyasətini bir daha sübut etdi”, deyə o bildirib.
İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə vəziyyətin daha da pisləşəcəyini müdafiə edən rusiyalı siyasətçi fikirlərini bu cür ifadə edib: “Şimali Atlantika alyansının genişlənməsini beynəlxalq münasibətlərdə sabitliyi tamamilə pozan amil hesab edirik”.
Xatırladaq ki, Rusiya iki ölkənin NATO-ya daxil olacağı halda, Moskvanın tədbirlər görəcəyini dəfələrlə bəyan edib.
Günay Rəsulqızı