Ərdoğan: İran özünü xilas edə bilməyəcək
Türkiyə prezidenti Səudiyyə Ərəbistanı və İran arasında baş verənlərə münasibət bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və İran arasında baş verənedam qalmaqalına münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan şiə din xadimi Nimr əl-Nimrin edam edilməsiniSəudiyyə Ərəbistanının daxili işi adlandırıb.
“İraq və İran da Səudiyyə Ərəbistanı səfirliklərinə niyə raket atılmalıdır? Bu təxribatın arxasında regional güc olmaq təlaşı var. Edam olunan 46 nəfərdən 43-ü sünnidir. 3 nəfər isə şiədir. Misirdə minlərlə insan edam edilir. Dünya bunları niyə müzakirə etmir? İslam dünyasında belə qarışıqlıq yaradanlar 400 min insanın qətlə yetirilməsinə hər cür dəstəyi verir. Siz özünüzü xilas edə bilməyəcəksiz”, - deyə Ərdoğan bildirib.
Prezident bildirib ki, Suriyada vətəndaş müharibəsində faciəyə susanlar, indi Səudiyyə Ərəbistanında bir insanın edamı ətrafında səs-küy qaldırırlar.
Bu iki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.