Azər Qərib İtaliyanın ölkəmizdəki səfirliyinin fəaliyyətini TƏNQİD ETDİ

Azər Qərib İtaliyanın ölkəmizdəki səfirliyinin fəaliyyətini TƏNQİD ETDİ

Tanınmış jurnalist, bloqer-səyyah Azər Qərib İtaliyanın Azərbaycandakı səfirliyi ilə bağlı xoşagəlməz vəziyyətin olduğunu deyib.

Sfera.az bildirir ki, onun sözlərinə görə, insanlar sözügedən səfirliklə əlaqə saxlaya bilmir, elektron məktublara aylarla cavablar verilmir:

 

“Telefonla danışıqlarda məsələnin həllindən boyun qaçırılır, biganəlik nümayiş etdirilir. Bu səfirlikdən viza üçün görüş almaq praktiki olaraq mümkünsüzdür. Yəni biri var, sənin viza müraciətinə rədd cavabı versinlər, biri də var, sən o müraciəti heç verə bilmirsən. Buna görə də insanlar İtalyaya getdikləri halda, digər səfirliklərə müraciət etməyə məcbur olurlar və bu problemi həll etmək üçün müxtəlif çətinliklərlə üzləşirlər”.

 

A.Qərib qeyd edib ki, belə vəziyyət turizmin inkişafına süni maneələr yaradır və xalqlarımız arasında səmimi əlaqələrə kölgə salır:

 

“Həm bir səyahət bloqeri kimi, həm də Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) rəhbəri kimi bu məsələ məni çox narahat edir. Ümid edirəm, İtaliyanın Azərbaycandakı səfiri Claudio Taffuri sözügedən problemə şəxsən müdaxilə edəcək, Azərbaycanın Xarici İşlər Nazirliyi isə vətəndaşlarımızın narahatlığını həmin səfirliyə çatdıracaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR