Ərdoğanla Putin nələri müzakirə etdi?

Ərdoğanla Putin nələri müzakirə etdi?

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 

Publika.az xəbər verir ki, "Anadolu” agentliyinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, telefon söhbətində liderlər Suriyadakı son prosesləri və terrorla mübarizə məsələlərini müzakirə ediblər. 
 

Ərdoğan və Putin ikitərəfli münasibətlərin normallaşması məsələsinə sadiq olduqlarını bildirməklə yanaşı, Hələbə humanitar yardımın çatdırılmasının təmin olunması məsələsinə də toxunublar.
 

Ərdoğan "Fərat Qalxanı” əməliyyatı ilə bağlı Putinə məlumat verib.
 

İki lider Çində keçiriləcək G-20 sammiti çərçivəsində görüşməklə bağlı razılığın gündəmdə qaldığını bildiriblər.



OXŞAR XƏBƏRLƏR