Rusiya daha 25 ABŞ vətəndaşını “qara siyahı”ya saldı – Baydenin xanımı, qızı və…

Rusiya daha 25 ABŞ vətəndaşını “qara siyahı”ya saldı – Baydenin xanımı, qızı və…

Rusiya Qərbin sanksiyalarına cavab olaraq 25 ABŞ vətəndaşını qara siyahıya əlavə edib.

Sfera.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin şəxslər arasında ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden və qızı Eşli Bayden də yer alıb.

 

 “Qara siyahıya 25 ABŞ vətəndaşı daxil edilib - o cümlədən, anti-Rusiyaya qarşı mübarizəyə cavabdeh olan senatorlar, anti-Rusiya məhdudiyyətləri ilə bağlı məsləhətlər verən qondarma Makfol-Yermak qrupunun üzvləri və prezident Co Baydenin ailə üzvləri. Bu addım ABŞ-ın Rusiya siyasətçiləri və dövlət rəsmilərinə qarşı sanksiyalarının davam etməsinə cavab olaraq atılıb”, deyə nazirliyin məlumatında əks olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR