Putinə yaxın oliqarxların bahalı yaxtaları necə “yoxa çıxıb”, indi haradadırlar? – Siyahıda azərbaycanlı da var

Putinə yaxın oliqarxların bahalı yaxtaları necə “yoxa çıxıb”, indi haradadırlar? – Siyahıda azərbaycanlı da var

Rusiyanın Ukraynaya hücumundan sonra rus oliqarxlarının bəzi superyaxtaları beynəlxalq dəniz monitorinq sistemlərindən itib. Bu isə BMT-nin Dənizdə Həyat Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiyasına (SOLAS) ziddir.

Sfera.az bildirir ki, bəzi superyaxtaların harada olduğu hələlik məlum olmasa da, “BBC”  onlardan dördünü tapmaq üçün ictimai peyk görüntülərindən və sosial mediadan istifadə edib. Həmin yaxtalar bunlardır:

 

Neft milyarderi, həmyerlimiz Vahid Ələkbərova məxsus “Galactica Super Nova” yaxtası - 70 metrlik superyaxta 6 lüks suitdə 12 sərnişini qəbul edə bilər. Burada həmçinin 6 metrlik şüşə dibi olan hovuz, şəlalə və helikopter meydançası var. 80 milyon dollarlıq yaxta sonuncu dəfə martın 2-də Monteneqro sahillərində olub. Onun səyahəti isə fevralın 26-da, Ukraynanın işğalından cəmi iki gün sonra İspaniyanın şimalındakı Barselona şəhərindən başlayıb. Həmin zaman nə superyaxta, nə də Rusiyanın ən böyük yanacaq şirkəti “Lukoyl”un sahibi Ələkbərov sanksiyalara məruz qalmamışdı.

Vahid Ələkbərov kimdir?

Monteneqrodan yola düşən “Galactica Super Nova” 1500 kilometrdən çox cənub-şərqi AIS siqnalları olmadan qət edib. İnstaqram paylaşımlarına görə, yaxta hazırda Türkiyənin Göcek Azure Limanındadır və  buraya mayın 9-da gəlib. Türkiyənin lüks yaxta sənayesindəki mənbə “BBC”yə bildirib ki, rusiyalı oliqarxlara qarşı sanksiyalara görə Türkiyədə yaxtalar əvvəlkindən daha çoxdur: “Çelsi”nin sahibi Roman Abramoviçin yaxtaları çoxdandır ki, buradadırlar. Yəqin ki, bir müddət qalacaqlar, çünki gedəcək yerləri yoxdur”.

 

Rus oliqarx Sergey Galitski ilə əlaqəli “Quantum Blue” yaxtası – “Galactica Super Nova”dan daha böyük bir yaxtadır. AIS sisteminə siqnal göndərmədiyi gündən 1700 km-dən çox yol qət edib. Dəyəri təxminən 250 milyon dollar, uzunluğu 104 metrdir və 40 nəfərlik ekipajdan, həmçinin kinoteatrdan, gözəllik salonundan və helikopter meydançasından ibarətdir. Qalitskiyə sanksiya tətbiq edilməsə də, mart ayında gəminin Monako limanını tərk etməsinə müvəqqəti əngəl törədilib. İcazə verildikdən sonra isə yaxta Aralıq dənizini keçərək martın 16-da Süveyş kanalına daxil olub.

Сергей Галицкий: кто на самом деле по национальности самый народный олигарх  России и что означает его настоящая фамилия | Армения и армяне | Яндекс Дзен

Gəmi martın 22-də Yəmən-Oman sərhədi yaxınlığında siqnal göndərməyi dayandırıb. “Gibraltar Yachting” səhifəsinin müəllifi gəminin hazırkı yerini açıqlayıb. Belə ki, dəniz sənayesində işlədiyi üçün adının açıqlanmasını istəməyən mənbə bildirib ki, o, Dubayda tətildə olub və Əmirliyin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktuma məxsus superyaxtanın şəklini çəkmək üçün Rəşid Limanına gedib. Orada “Quantum Blue” yaxtasını görəndə təəccüblənib. Avropa Kosmik Agentliyi tərəfindən çəkilmiş ictimai peyk fotoşəkilləri “Quantum Blue”nun 14-29 mart tarixləri arasında Dubaya gəldiyini və hələ də orada olduğunu göstərir.

 

Milyarder sənayeçi Oleq Deripaska ilə əlaqəli “Clio” yaxtası - Dəyəri 65 milyon dollar və uzunluğu 73 metr olan superyaxta təhlükəsiz liman axtaran bütün Rusiya gəmilərindən daha çox səyahət edib. Fevralın 10-da Şri-Lankadakı Galledən ayrılan “Clio” Maldiv adalarına yola düşüb. Oradan şimal-qərbə, Körfəzə, daha sonra Süveyş kanalından keçərək şimala doğru gedib.

Rus Milyarder Deripaska, Şirketini ABD Yaptırımlarından Kurtarmak için  İstifa Etti! | Paratic

Gəminin AIS sistemi aprelin 18-də Bosfor boğazından Qara dənizə keçdikdən sonra siqnal verməyi dayandırıb. Ardınca “Clio”,  təxminən 900 km yol qət edərək Rusiyanın Adler limanına gedib. Peyk görüntüləri onun Adlerə aprelin 22-də gəldiyini və indi də orada olduğunu göstərir. Bu məlumat bəzi Telegram qruplarında da paylaşılıb.

 

Rusiya prezidenti Vladimir Putinlə əlaqəli “Graceful” yaxtası - 82 metrlik yaxta Ukraynanın işğalına hazırlıq məqsədilə fevralın 7-də təmirdə olduğu Hamburqdan çıxıb və Rusiyanın Kalininqrad ərazisinə gedib, siqnalları burada dayanıb. Rusiyanın “Odnoklassniki” və “Telegram” sosial media platformasında paylaşılan fotolarda “Graceful”un ilk olaraq Preqolya çayı üzərində dayandığı görülüb. Daha sonra yaxta Yantar gəmiqayırma zavoduna məxsus quru hovuza köçürülüb. Avropa Kosmik Agentliyinin peyk şəkilləri göstərir ki, superyaxta martın 16-da buraya gəlib və hazırda oradadır. Putinin sözçülərindən biri “BBC”yə  açıqlamasında, "Bizim sözügedən yaxta ilə bağlı heç bir məlumatımız yoxdur. Putinin bu və ya digər yaxta ilə heç bir əlaqəsi yoxdur", deyə söyləyib. Bununla belə, yaxta  ABŞ Maliyyə Nazirliyinin sanksiyaya məruz qalan aktivləri siyahısında Rusiya lideri ilə əlaqələndirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR