“Bu ölkəni heç bir halda itirə bilmərik” – Qabil Hüseynli

“Bu ölkəni heç bir halda itirə bilmərik” – Qabil Hüseynli

“İstər Azərbaycan, istərsə də Türkiyə türk birliyi yolunda ən çox çalışan ölkələrdir. Proses bu gün bütün sahələrdə özünü göstərir. Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı da bu sahədə atılan ən real addımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Bakıda keçirilən Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, türk ölkələri bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də əməkdaşlığı inkişaf etdirir:

 

“Bu mənadə məhz nəqliyyat sahəsində belə toplantının keçirilməsi gözlənilirdi. Çünki türk ölkələri arasında nəqliyyat əlaqələrinin təmin edilməsi hazırda əsas prioritet məsələsidir. Təəssüf ki, Xəzər dənizi faktoruna görə bu gün Mərkəzi Asiya ölkələri ilə birbaşa nəqliyyat əlaqəsi qurula bilmir. Bununla belə istər ətraf ölkələr, istərsə də meqalayihələr ilə bu məsələ həllini tapa bilər. O ki qaldı Qazaxıstana, bu ölkənin türk birliyinə inteqrasiyası və münasibətlərin hərtərəfli inkişafı hazırda olduqca vacibdir. Qazaxıstan digər türk ölkələrinə nəzərən fərqlidir. Rusiya ilə yaxınlığı daha çoxdur. Bununla belə, bu ölkəni heç bir halda itirə bilmərik”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR