Barak Obama bütün etirazlara baxmayaraq, söz verdiyi qərarı təsdiqlədi

Barak Obama bütün etirazlara baxmayaraq, söz verdiyi qərarı təsdiqlədi

Barak Obama bütün etirazlara baxmayaraq, söz verdiyi qərarı təsdiqlədi

ABŞ prezidenti Barak Obama silah satışını məhdudlaşdıran sərəncamı imzalayıb.

ANS PRESS-in məlumatına görə, yeni qaydalara əsasən, bütün silah tacirləri müvafiq lisenziyaya malik olmalı və hər bir alıcını daha dəqiq yoxlamalıdır.

Onun hər hansı cinayət əməlinin, psixi xəstəliyinin olub olmaması, məişət zorakılığına meylliliyi daha dərindən öyrənilməlidir. Bundan başqa, Federal Təhqiqatlar Bürosu silah satışını yoxlamaq üçün öz sıralarına 200 yeni əməkdaş cəlb edəcək.

Barak Obamanın bu qərarı isə hələ əvvəlcədən Konqres tərəfindən narazılıqla qarşılanmışdı. Silah ticarətinə nəzarətin gücləndirilməsi respublikaçıların və silah lobbisinin sərt reaksiyasına səbəb olub. Bununla belə, Obama söz verdiyi kimi məsuliyyəti öz üzərinə götürərək silah dövriyyəsinə nəzarəti gücləndirmək üçün sözügedən qərarı təsdiqlədi. 

Respublikaçılar isə amerikalıların silaha sahib olma azadlığını məhdudlaşdırdığı üçün prezident Obamanı məhkəməyə verəcəklərini bəyan edib.

Amerikada bir qrup ekspert prezidentin qərarını dəstəkləyərərək, ölkədə odlu silahla baş verən kütləvi ölüm hallarının sayının bütün digər inkişaf etmiş ölkələrdən dəfələrlə çox olduğunu bildiriblər. Onlar hər il 30 min belə hal baş verdiyini vurğulayıblar.

Amma ABŞ-da baş verən son 15 güllələnmə faktında silahların tam qanuni yolla əldə edildiyi aşkarlanıb. Bu baxımdan bəzi şərhçilər yeni qərarın bu sahədə hansısa dönüş yaradacağına ümid bəsləmirlər. 

Qısa müddət əvvəl ABŞ prezidenti odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması üçün silahlara nəzarətin gücləndirilməsinə dair qərarını ictimaiyyət qarşısında açıqlamışdı. Silahların nə qədər insanın həyatını yarıda qoymasından danışan prezident hətta çıxışı zamanı göz yaşlarını saxlaya bilməmişdi. 

Barak Obama silahla baş verən qətllərdən ağlayaraq danışıb

Obama Konqresi son zamanlar kütləvi atışmalara baxmayaraq, silahlara nəzarətə dair ölçü götürmədiyinə görə tənqid edib.

"Biz Yer kürəsində kütləvi zorakılıqların bu şəkildə sürətlə artdığını müşahidə edən yeganə inkişaf etmiş ölkəyik. İnsanlar ölür və fəaliyyətsizliyə görə daim gətirilən bəhanələr artıq kifayət deyil. Biz bu gün buna görə buradayıq - keçən ay baş vermiş atışmanı müzakirə etmək üçün deyil, bundan sonrakının qarşısını almaq üçün" deyə Obama vurğulamışdı. 

Prezident silah dövriyyəsində yoxlamaların mümkün qətllərin qarşısını tam almasa da, kiminsə həyatını xilas edəcəyinə əminliyini bildirib.

Azad şəkildə silah gəzdirmə hüququ ABŞ vətəndaşlarına konstitusiyanın 2-ci düzəlişi ilə verilib.


OXŞAR XƏBƏRLƏR