Qızıl bahalaşacaq – Bayden elan etdi, Rusiyadan idxal dayanır

Qızıl bahalaşacaq – Bayden elan etdi, Rusiyadan idxal dayanır

Dünyanın 7 ən inkişaf etmiş ölkəsi Rusiyadan qızıl idxalını dayandırmağa hazırlaşır.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda açıqlamanı ABŞ prezidenti Co Bayden verib.

 

Prezident Co Bayden deyib ki, G7 həmkarları Ukraynaya qarşı müharibəyə görə Moskvaya qarşı sanksiyaları genişləndirərək Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, Rusiya keçən il təxminən 331 ton qızıl hasilatı ilə Çindən sonra ikinci ən böyük qızıl istehsalçısı olub. Qızıl Rusiyanın enerjidən sonra ən mühüm ixrac məhsulu kimi tanınır.

 

Rusiyadan qızıl idxalının dayandırılmasının qızıl qiymətlərinə artırıcı təsirinin olacağı gözlənilir. Hazırda qızılın bir qramı 59 dollardır. Qadağalardan sonra qiymətlərin bir qədər də artacağı ehtimal edilir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR