“Ford” ən məşhur modellərdən birindən imtina etdi - SƏBƏB
Amerika avtomobil istehsalçısı "Ford" “Focus” modelini istehsal etməkdən imtina edir.
Sfera.az-ın xarici mediaya istinadla xəbərinə görə, tarixin ən məşhur modellərindən biri 2025-ci ildə istehsalını dayandıracaq.
Bunu “Ford Motor”un Avropa bölməsinin rəhbəri Styüart Rouli “Automotive News Europe”ya müsahibəsində deyib.Onun sözlərinə görə, indiki, dördüncü nəsil “Ford Focus” sonuncu olacaq, bu modelin yeni nəsli nəzərdə tutulmur. “Fokus”a son illər tələbatın kəskin azalması səbəbindən istehsaldan imtina qərarına gəlinib.
Ənənəvi C sinif hetçbekləri indi populyarlığını itirir, çünki alıcılar getdikcə daha çox krossoverləri seçirlər.
Qeyd olunur ki, 2014-cü ildə 870 mindən çox “Ford Focus”, 2017-ci ildə isə 560 min ədəd satılıb. Lakin 2021-ci ildə model üçün cəmi 117,5 min alıcı tapılıb.