Zabit polis sevgilisini qətlə yetirdi sonra CANINA QIYDI

Kriminal
19:16 / 25.06.2022
5539
Türkiyədə zabit polis sevgilisini qətlə yetirdikdən sonra intihar edib.
Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə Balıkesirin Bandırma bölgəsində qeydə alınıb.
Məlumata görə, kiçik zabit, 27 yaşlı Burkay Urcan polis sevgilisi, 24 yaşlı Kübra Açara öz tapançası ilə 3 dəfə atəş açaraq onu qətlə yetirib. Daha sonra isə canına qıyıb.
Onların meyitləri ətrafdakı mühafizəçilər tərəfindən aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Vəsilə İbrahim
Sfera.az