Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırdığı şəhid...

Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırdığı şəhid...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

Sfera.az xəbər verir ki, onlardan biri də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan mayor Ələkbərov Fərid Tahir oğludur.

 

Şəhid mayor Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1996-cı ildə Türkiyədə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib.

 

Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Daha sonra isə Fərid Türkiyənin İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olaraq buranı da müvəffəqiyyətlə bitirib. Həmçinin 2005-ci ildə Polatlı Topçu Məktəbini də fərqlənmə diplomu ilə başa vurub.

 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, daha sonra isə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib.

 

O, noyabrın 8-də Xankəndi istiqamətindəki döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Döyüş zamanı Fərid Ələkbərov düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında böyük rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub.

 

Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə mayor Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunması", "İgidliyə görə" medalları ilə təltif edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...