53 yaşlı biznesmen qətlə yetirildi - 20-yə yaxın güllə...

Kriminal
21:22 / 24.06.2022
6014
Tiflisin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.
Sfera.az yerli mediaya istinadən xəbər verir ki, iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.
53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.
L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.
Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.