“Azərbaycançılıq ideyası olmasaydı, dövlətin mövcudluğu təhlükə altına düşərdi” – ŞƏRH

“Azərbaycançılıq ideyası olmasaydı, dövlətin mövcudluğu təhlükə altına düşərdi” – ŞƏRH

Müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq ideologiyası milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır.

Maraqlıdır, bu gün Azərbaycançılıq ideologiyası necə təbliğ olunur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri, müstəqil Azərbaycan, əbədi azadlıq qoyub gedib:

Dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri » Xeberpress.az

 

“Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyasıdır. Dünyada mürəkkəb, bəzən hətta ciddi ziddiyyətlərlə müşayiət olunan qlobal proseslərin getdiyi indiki dövrdə yeni müstəqillik qazanmış dövlətlərin bu tarixi nailiyyəti ağlasığmaz təhdidlərlə üz-üzə qalır. Bu, elə bir mürəkkəb prosesdir ki, onun tarixi səbəblərini məhz indi qiymətləndirmək, mümkün sosial, iqtisadi, siyasi nəticələrini məhz indi proqnozlaşdırmaq olduqca çətindir. Lakin bir həqiqət tamamilə aydındır ki, dünya öz tarixinin yeni, əvvəlkilərdən az qala bütün komponentləri ilə fərqlənən bir dövrünü yaşamaqdadır. Belə bir dövrdə gənc dövlətlərin ayaqda qalması onların əsaslandığı ideoloji doktrinanın zamanın çağırışlarına nə dərəcədə adekvat reaksiya verə biləcəyindən çox asılıdır. Hesab edirəm ki, Azərbaycan bu çətin sınaqdan Heydər Əliyev və onun banisi olduğu Azərbaycançılıq ideologiyası ilə çıxmağı bacardı. Bu gün də dövlət siyasətinin əsasını təşkil edən Azərbaycançılıq təkcə öyrənilmir, həm də gələcək nəsillərə miras buraxılır.

Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin təməl prinsiplərindəndir

 

Bu gün məktəblərdə ali təhsil müəssisələrində bu idealogiya ayrıca dərs bəzən isə mövzular halında tədris edilir. Yeni nəslin bu ideoloji konsepsiyanı mənimsəməsi vacibdir. Müasir Azərbaycan öz mövcudiyyətini məhz bu ideologiyaya borcludur. Ona görə də onun mənimsənilməsi etnik yaddaşa həkk edilməsi vacibdir”.

 

Turan Rzayev

Tanınmış jurnalistlər MEDİA-nın 1 illik fəaliyyətini dəyərləndirdi —​  AÇIQLAMALAR | KONKRET

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Azərbaycançılıq ideyasının təbliği.


OXŞAR XƏBƏRLƏR