ABŞ-da silah satışı çətinləşdirildi – Bu şəxslər silah ala bilməyəcək

ABŞ-da silah satışı çətinləşdirildi – Bu şəxslər silah ala bilməyəcək

ABŞ Senatı silah satışının çətinləşdirilməsi ilə bağlı qanunu təsdiqləyib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da silah almaq yaşı 18-dən 21-ə qaldırılıb, eyni zamanda silahdan istifadəyə bəzi məhdudiyyətlər qoyulub.

 

Qanuna edilən düzəlişə əsasən əvvəllər məişət zorakılığı etmiş şəxslərin silah almaq imkanı çətinləşdiriləcək.

 

ABŞ Senatı hər iki tərəfin razılaşdığı silah tənzimləmə qanununu qəbul edib və təsdiq üçün Nümayəndələr Palatasına təqdim edib.

 

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasını da tənzimləməni tez bir zamanda qəbul etməyə çağırıb. Bayden, tənzimləmənin amerikalıları və məktəbliləri qoruyacağını söyləyib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR