Daha öldürücü epidemiya gəlir? – Kanalizasiyadan götürülən analizlər dünyanı şoka saldı

Daha öldürücü epidemiya gəlir? – Kanalizasiyadan götürülən analizlər dünyanı şoka saldı

Koronavirus və meymunçiçəyi virusundan sonra yeni bir epidemiya ehtimalı ilə bağlı həyəcan təbili çalınıb.

 

Sfera.az bildirir ki, İngiltərə Səhiyyə Nazirliyinin rəsmiləri Londonda kanalizasiya şəbəkəsindən götürülən nümunələrdə poliomielitə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik) səbəb olan virusun aşkarlandığını deyib. Virusa yoluxma halı qeydə alınmasa da, səhiyyə işçiləri hazırlıq vəziyyətinə keçiblər.

 

Məlumata görə, İngiltərədə hər il kanalizasiyadan toplanan nümunələrdə çox az sayda poliomielit virusu aşkar edilsə də, ilk dəfə bir neçə ay ərzində təkrar genetik əlaqəsi olan viruslar tapılıb. Sözügedən virusun bu yaxınlarda poliomielit peyvəndi vurdurmuş birindən yayıldığı güman edilir.

 

Həmçinin qeyd olunub ki, poliomielit virus daşıyıcısının nəcisi ilə təmasda və ya öskürərkən, asqırarkən tökülən hissəciklərlə ötürülən ciddi infeksiyadır və daha çox beş yaşından kiçik uşaqlara təsir edir. Yoluxmuş insanların əksəriyyətində əlamət görülməsə də, bəzilərində bu şikayətlər ola bilər - yüksək hərarət, boğaz ağrısı, baş ağrısı, mədə ağrısı, əzələ ağrısı, ürəkbulanma.

 

Xatırladaq ki, 1988-ci ildən bəri poliomielit virusuna yoluxanların sayında 99 faiz azalma müşahidə olunur. İngiltərədə son poliomielit hadisəsi 1984-cü ildə qeydə alınıb. Virusa hələ də Əfqanıstan və Pakistan kimi ölkələrdə rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyada körpələrin 83 faizi poliomielit peyvəndinin ilk üç dozasını alıb. Son on il ərzində bütün dünyada 10 milyard doza poliomielit peyvəndi tətbiq edilib. Eyni dövrdə, damcı peyvəndi olmasaydı, 6,5 milyondan çox uşağın poliovirus səbəbiylə iflic ola biləcəyi deyilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR