Dünyanın ən yaşamalı şəhərləri məlum oldu – SİYAHI

Dünyanın ən yaşamalı şəhərləri məlum oldu – SİYAHI

Böyük Britaniyada yerləşən “The Economist” jurnalının illik hesabatına əsasən, Avstriyanın paytaxtı Vyana dünyanın ən yaşanmalı şəhəri seçilib.

Sfera.az bildirir ki, “The Economist”in araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) tərəfindən hazırlanan araşdırmada Vyanın yaxşı infrastrukturu, sabitliyi, keyfiyyətli səhiyyə xidmətləri, mədəniyyət və əyləncə sahəsində çoxlu imkanları şəhəri zirvəyə çatdıran xüsusiyyətlərdir. Ötən il birinci olan Yeni Zelandiyanın Oklend şəhəri isə siyahıda pandemiya məhdudiyyətləri səbəbindən 34-cü yerə düşüb.

 

Siyahının ilk 10-luğuna Avropanın 6 şəhəri daxil olub.

 

Vyanadan sonra siyahıda Danimarkanın paytaxtı Kopenhagen və İsveçrənin Sürix şəhərləri yer alıb. İsveçrədə Cenevrə 6-cı, Almaniyada Frankfurt isə 7-ci, Hollandiyanın paytaxtı Amsterdam isə bu siyahıda  9-cu olub.

 

Kanadanın Kalqari Sürixlə üçüncü yeri bölüşdürüb, Vankuver 5-ci, Toronto isə 8-ci yerdədir. 10-cu yerdə Yaponiyanın Osaka və Avstraliyanın Melburn şəhərləri qərarlaşıb.

 

Digər tərəfdən Ukraynanın paytaxtı Kiyev “EIU qrupları” müharibə səbəbilə imtahana gedə bilmədiyi üçün siyahıya daxil edilməyib.

 

Rusiyanın paytaxtı Moskva 15 pillə geriləyərək 80-ci, Sankt-Peterburq 13 pillə geriləyərək siyahıda 88-ci olub.

 

Siyahının sonunda isə 2011-ci ildən vətəndaş müharibəsinin davam etdiyi Suriyanın paytaxtı Dəməşq qərarlaşıb.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR