“İsrail İrana qarşı hərbi əməliyyatlara start verə bilər” - AÇIQLAMA

“İsrail İrana qarşı hərbi əməliyyatlara start verə bilər” - AÇIQLAMA

“İsrailin İrana qarşı nüvə məsələsində ciddi tədbirlər görməsi istisna deyil”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İranın ballistik raket bazalarına və nüvə alimlərinin hədəfə alınması Təl-Əvivin ənənəvi metodudur:

 

“Hazırda Türkiyə və İsrail arasında siyasi əlaqələr normallaşır. İsrail Türkiyənin Suriyada antiterror əməliyyatlarına müəyyən dərəcədə dəstək verəcək. Yaxın Şərqdə daşlar yenidən yerindən oynayır və bu prosesdə İsrail və Türkiyə koordinasiyali fəaliyyət göstərəcək. İsrail regionun əsas ölkəsi Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra İrana qarşı hərbi əməliyyatlara start verə bilər”.

 

Ekspert əlavə edib ki, İran qonşu ölkələrə qarşı aqressivlik siyasəti ortaya qoya bilər:

 

“Bu ölkənin Azərbaycana qarşı mümkün təhdid ehtimalları var. Amma bizim qardaş ölkə ilə hərbi müttəfiqliyimiz Tehranın siyasətini neytrallaşdıracaq.  Yaxın Şərqdə İsrail İranın mövqeyini zəiflədəcək və artıq İranın 10 il ərzində Yaxın Şərq siyasəti iflasa uğradılacaq.  Digər tərəfdən Səudiyyə Ərəbistanı ilə Türkiyə  əlaqələri yeni normallaşmaya qədəm qoyur. İrana qarşı yeni bir koalisiya formalaşacaq. Çünki, İranın nüvə silahı əldə etməsi regional təhdiddir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR