Ukraynada daha bir rusiyayönlü partiya bağlanıb

Ukraynada daha bir rusiyayönlü partiya bağlanıb

Lvov məhkəməsi Ukrayna Mütərəqqi Sosialist Partiyasının (MSP) fəaliyyətini qadağan edib.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, MSP açıq şəkildə rusiyayönlü mövqeyi ilə seçilir. Partiya Kiyev, Moskva və Minskin dövlətlərarası birliyinin yaradılmasını müdafiə edirdi.

 

Adıçəkilən partiya Ukrayna Ədliyyə Nazirliyinin iddiası əsasında ləğv olunub.

 

Qeyd edək ki, bu ilin mayın 14-də president Volodimir Zelenski rusiyayönümlü partiyaların fəaliyyətini qadağan edən qanunu imzalayıb. Bundan sonra məhkəmələr Müxalifət Platforması – Ömürlük, Derjava, Volodimir Saldo Bloku və Ukrayna Sosialist Partiyası partiyalarının fəaliyyəti qadağan edilib. Oxşar qərar müxalif bloqer Anatoli Şəriyin lideri olduğu Şəriyət Partiyası ilə bağlı da çıxarılıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR