Türkiyə-Yunanıstan gərginliyi artır – Yeni müharibə?

Türkiyə-Yunanıstan gərginliyi artır – Yeni müharibə?

Türkiyə ilə Yunanıstan arasında gərginlik artıb. Tərəflərin qarşılıqlı olaraq verdiyi müxtəlif bəyanatlar iki ölkə arasındakı söz savaşının hərbi müstəviyə keçəcəyi ilə bağlı narahatlıqları artırır.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavid Osmanov tərəflər arasında ziddiyətlərin artmasında Türkiyənin dünya miqyasında güclənməsini səbəb göstərib:

 

“Qardaş Türkiyə ilə Yunanıstan arasında zaman-zaman çox ciddi gərginliklər olub. Bəzi hallarda bu gərginliyin aşağı, bəzən isə pik həddini müşahidə edirik. Türkiyə və Yunanıstan arasında Kipr tərafında olan xırda adalar mübahisəsi var ki, o da öz həllini tapmayıb. Gərginliyin pik həddə çatmasında əsas məsələ isə Türkiyənin son illərdə dünyada böyük söz sahibinə, güclü dövlətə çevrilməsidir. İqtisadi baxımdan güclü olan qardaş ölkə həm də ordu quruculuğu baxımından ilk onluqda yer alır. Əlbəttə, bu, türkəfob qüvvələri narahat etməyə bilməz. Dünyanın belə həssas məqamında bu cür gərginliyin artması qarşı tərəflərin narahatlığından xəbər verir”.

 

Deputat silahlı toqquşma olacağı təqdirdə Türkiyənin prosesdən qalib çıxa biləcəyinə işarə edib:

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada seçilən, söz sahibi olan liderlərdən biridir. Türkiyənin bu baxımdan müstəqil siyasət yürütməsi əks tərəfi ciddi narahat edir. İndiki halda proseslərin hansı məcraya yönələcəyini demək çətindir. Lakin istənilən halda qardaş ölkənin güclü ordusu var və Türkiyəyə hansısa təhdidlər olarsa, qarşı tərəf ağır nəticələrlə üzləşəcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR