Ödəniş kartları YIĞIŞDIRILIR

Ödəniş kartları YIĞIŞDIRILIR

Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın Sumitomo Mitsui Financial Group (SMFG) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. 2017-ci il üçün planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə tərəfdaşları iştirak edəcək.

 

Sfera.az xəbər verir ki, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.

 

Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər.

 

Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.

 

Azərtac //

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR