G7 sammitinin Rusiya ilə bağlı GİZLİ GÜNDƏLİYİ – Nələr planlaşdırılır?

G7 sammitinin Rusiya ilə bağlı GİZLİ GÜNDƏLİYİ – Nələr planlaşdırılır?

Ağ Evin yüksək rütbəli rəsmisi G7 ölkələrinin bu həftəsonunda Almaniyada keçiriləcək sammitində Rusiyaya təzyiqləri artırmaq üçün təkliflər təqdim edəcəklərini açıqlayıb.

Sfera.az xarici mediaya istinadla bildirir ki, adının çəkilməsini istəməyən Ağ Ev rəsmisi G7 ölkələrinin görüş zamanı dünya üzrə enerji resurslarının qiymətlərinin artırılmasını da müzakirə edəcəklərini bildirib.

ABŞ-dan yüksək rütbəli rəsmi bildirib ki, Almaniyada keçiriləcək G7 Sammitində liderlər Rusiyaya təzyiq göstərməyə yönəlmiş yeni tədbirləri, həmçinin Avropanın təhlükəsizliyini dəstəkləmək üçün yeni öhdəlikləri açıqlayacaqlar.

Bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Liderlər Sammitində isə Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi gözlənilir.

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR