“Azərbaycanda ət ucuzlaşacaq, amma qıtlıq olacaq...” – Ekspertdən bədbin proqnoz

“Azərbaycanda ət ucuzlaşacaq, amma qıtlıq olacaq...” – Ekspertdən bədbin proqnoz

“Sahibkarlardan identikləşdirilmə zamanı bir heyvan üçün xərclərin azaldılması, baytarlıq pasportunun alınmasının tələb olunmaması ətin qiymətinin ucuzlaşmasına səbəb olacaq, amma bu, qıtlığı aradan qaldırmaq üçün çıxış yolu deyil”.

Sfera.az bildirir ki, bunu qida üzrə mütəxəssis Ağa Salamov deyib. O qeyd edib ki, qıtlıq və inflyasiyadan çıxış yolu kəndliyə şərait yaratmaq, onları su və texnika ilə təmin etməkdir:

“Vətəndaşlarımız yaxşı bilir ki, bu gün öküz ürəyi gilasın qiyməti dana ürəyindən bahadır. Mövsümündə yetişən meyvə və tərəvəzlər kosmik qiymətə piştaxtaları bəzədi və onlara yaxın duran da olmadı. Çünki o qiymətə satılan meyvə və tərəvəzlər maaşı 300 manat olan bir vətəndaş üçün ayağını uzadacaq yorğan deyil. Bu baxımdan kəndli bəşəriyyətə lazımdır. Prezident də bir neçə dəfə qıtlıq haqqında aidiyyəti orqanlara mesaj verib. Amma bu, pasport ləğvi mesajı deyil”.

Ekspert bildirib ki, əkinçilik və heyvandarlıq inkişafı etməlidir:

“Belə olduğu təqdirdə bolluq, rəqabət olacaq – bu da bazarda qiymətlərin aşağı düşməsinə şərait yaradır. Monopoliyanın və özbaşınalıqların da qarşısı alınmalıdır”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR