Məşhur meyxanaçının restoranında DAVA DÜŞDÜ: Xəsarət aldı - VİDEO

Cəmiyyət
20:06 / 22.06.2022
7160
"Gecə barmağımın ağırısından yata bilmirdim, sınıqçıya getdim. Barmağım çıxıb, yerinə su yığılmışdı. Bir saat sınıqçı üzərində çalışıb".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni, meyxanaçı Aqşin Fateh ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində deyib.
O, restoranda davada əlinin sındığını etiraf edib: "Yaxın günlərdə restoranımda ara qarışdı, dava düşdü. Mən dava etməmişəm, aralayanda bu hadisə baş verdi. Dostlarım başqa adamlarla dava etmişdi. Heç kimi vurmamışam. Axı, qonağımı vurmaram".
Qeyd edək ki, Aqşin Fatehin üç restoranı var. İfaçının yaxın günlərdə restoranının şəriki Füzuli Alıyev arasında davası da olmuşdu. Hadisəyə hüquq-mühafizə orqanları qarışmışdı.