Dəhşətli cinayət qəribə şəkildə aşkarlandı: Əvvəlcə ərini öldürdü, sonra onun çılpaq bədənini..
ABŞ-ın Pensilvaniya ştatında törədilən qətl eşidənləri dəhşətə salıb.
Sfera.az bildirir ki, 66 yaşlı Evelin Zigerelli Henderson, vaxtikən şərif müavini olan ərini öldürüb, sonra onun çılpaq bədənini evinin arxa eyvanında yandırıb. O, 84 yaşlı əri Karmen Hendersonun dəhşətli ölümdən sonra saxlanılıb. Polis qeydlərinə görə, Evelin 911-ə zəng edərək 30 illik ərinin özünü yandırdığını söyləyib.
Polislər tərəfindən sorğu-sual edilən Evelin hər dəfə ifadəsini dəyişdirəndə şübhə doğurub. Qadın ilk çıxışında hadisənin intihar olduğunu iddia edib. O, daha sonra bildirib ki, əri eyvanda siqaret çəkəndən sonra təsadüfən özünü yandırıb. Meyitə baxış keçirən səlahiyyətlilər, qurbanın ağzında və burun dəliklərində milçək sürfələrinin olduğunu aşkar ediblər. Bu isə, kişinin bir müddətdir ki, öldüyünə işarə idi. Hendersonun dəqiq nə vaxt və niyə öldüyü bəlli olmayıb. İstintaq Evelin Zigerellinin 911-ə zəngi gecikdirdiyini irəli sürsə də, onun niyə belə etdiyi izah edilməyib.
Səlahiyyətlilər, Evelinin bütün əmanətlərini kurortlara və istirahət mərkəzlərinə xərclədiyini və cütlüyün 40 min dollar ipoteka borcunun olduğunu açıqlayıb. Evelin, ərinin 10 min dollarlıq həyat sığortasının olduğunu da etiraf edib.
Türkan