Manatın real məzənnəsi ucuzlaşa bilər – SƏBƏB

Manatın real məzənnəsi ucuzlaşa bilər – SƏBƏB

2022-ci ilin əvvəlindən nominal və real məzənnəsi xeyli yüksələn Azərbaycan manatının dəyərində artım sürəti son 2 ayda zəifləyib.



Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin martında qeyri-neft sektoru üzrə manatın nominal və real məzənnəsi 2014-cü ildək sonrakı ən yüksək səviyyəyə çatmışdı. Amma aprel-may aylarında vəziyyət dəyişib və məzənnə tədricən yumşalıb.



Məlumatların təhlili göstərir ki, mayda qeyri-neft sektoru üzrə məzənnə ötən ilin eyni ayına nisbətən 13,6 faiz, real məzənnə isə 6,65 faiz yüksəlib.



Qeyd edək ki, nominal məzənnə manatın digər bir ölkənin valyutasına qarşı olan məzənnəsini ifadə edir.



Real məzənnə isə müqayisə olunan ölkələrdə inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış məzənnədir.



Manatın real məzənnəsinin yüksəlməsi o deməkdir ki, Azərbaycanda mal və xidmətlərin dəyəri ticarət tərəfdaşları olan ölkələrlə müqayisədə daha çox yüksəlib. Deməli, ölkəmizdə xarici bazarlarla müqayisədə eyni növ məhsullar daha bahadır.



Qarşıdakı aylarda xarici ölkələrdə inflyasiya səviyyəsinin bir qədər də yüksəlməsi ehtimalı var. Bu ehtimal daxilində manatın məzənnəsində möhkəmlənin dayanması, hətta bir qədər ucuzlaşması da realdır.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR