"Biləcəridə hər gün ya qaz kəsilir, ya da işıq" - Texno-bloger kommunal xidmətlərdən ŞİKAYƏTLƏNDİ
Cəmiyyət
13:40 / 22.06.2022
6881
“Biləcəriyə köçəndən bir gün qaz kəsilir, bir gün işıq. Su da saatla verilir”.
Sfera.az xəbər verir ki, bu sözləri texno-bloger, Technote Media Şirkətinin təsisçisi və rəhbəri Fərid Pərdəşünas sosial şəbəkədəki paylaşımında qeyd edib.
O deyib ki, hazırda Bakıda kommunal xidmətlərin vəziyyəti acınacaqlıdır:
“Şəhər mərzkəzindən kənara çıxmalı deyil. Həyat sanki 10 il geriyə gedir. Mən də durub efirlərdə, nazirlərin qarşısında çıxışlar edirəm ki, ölkədə texnologiya və innovasiya ekosistemin necə inkişaf etdirə bilərik. Bu ölkənin yaradıcı texnoloji gənci hələ səhər durub çimib, işə gələ bilmir. Heç bir səbəb olmadan işıq kəsilir, qaz kəsilir. Şəhər mərzkəzinə köçməyin qiyməti az qala yarım milyon manata başa gəlir”.