Azərbaycanda nə qədər insan artıq çəkidən əziyyət çəkir? - SATİSTİKA

Azərbaycanda nə qədər insan artıq çəkidən əziyyət çəkir? - SATİSTİKA

Azərbaycan əhalisinin cins və yaş qrupları üzrə orta çəkisi və boyu açıqlanıb.



Sfera.az xəbər verir ki statistik müayinə yaşı 15-dən yuxarı olan əhali qrupu üzrə aparılıb.



2021-ci ilə aid olan məlumata əsasən əhalinin orta çəkisi 68,5 kq, orta boyu 167,2 sm-dır. Əhalinin orta çəki əmsalı isə 24,4 olub.



Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə əmsal 18,5-25 intervalındadırsa, çəki normal hesab edilir. Buradan məlum olur ki, 2021-ci ilin nəticələrinə görə Azərbaycan əhalinin çəkisi ümumən normaldır.


Amma bununla belə insanların 7,9 faizinin artıq çəkidən əziyyət çəkdiyi də müəyyənləşib.



İnsanların çəkisinin normadan yüksək olmasına 45 yaşdan sonra müşahidə edilib. Yaşa dolduqca insanların aktivliyinin azalması, nəticədə artıq çəkiyə daha çox insanın sahib olduğu müəyyənləşib.



İnsanlar daha yüksək çəkiyə 45-64 yaşında sahib olur. Bu yaş qrupunda orta çəki 73,1 kq təşkil edib.



Orta boy göstəriciləri də 45-64 yaş qrupunda daha yüksəkdir. Bu yaş qrupunda əhalinin orta boyu 168,4 kq-dır.



Qadınlarda çəki normasının pozulması faktı kişilərdən daha çoxdur.



Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, bədənin çəkisinin orta indeksi hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Məsələn, boy 175 sm, çəki 70 kq-dır. Bu halda indeks belə hesablanır: 70/(1.75*1.75)=70/3,06=22,9.



Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə alınan nəticə: indeks 18-dən azdırsa – çəki normadan azdır, indeks 18,5-25 aralığındadırsa– çəki normaldır, indeks 26-30 aralığındadırsa – piylənmə ərəfəsidir, indeks 31-dən yuxarıdırsa – həddən artıq piylənmədir.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...