“Azərbaycanda bu sahə üzrə təhsil almağın mənası yoxdur” – SƏRT AÇIQLAMA

“Azərbaycanda bu sahə üzrə təhsil almağın mənası yoxdur” – SƏRT AÇIQLAMA

“Azərbaycanda İT sahəsi üzrə yerli universitetlərdə təhsil almağın heç bir mənası yoxdur”.

 

Sfera.az bildirir ki, bunu İT məsələləri üzrə ekspert Vahid Qasımov deyib. O, bir çox abituriyent və ya valideynlərin sözügedən sahədə  ixtisas seçimində kömək üçün ona müraciət etdiklərini vurğulayıb:

 

“Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarının bir çox universitetdə - həm xarici, həm yerli – heç bir fərqi yoxdur. Aralarında 3-4 fərqli dərs var və əsası da odur ki, həmin ixtisaslardan məzun olduqdan sonra siz nə alim, nə mühəndis, nə də təhlükəsizlik mütəxəssisi ola bilməzsiniz.  4 illik "ali" təhsilin sizin gələcək həyatınızda heç bir faydası olmayacağını isə, bir çox universitetlərdə 20 ilə yaxın dərs demiş bir insan olaraq əminliklə söyləyə bilirəm. İT mütəxəssisi olmaq üçün, fərqli mühitdə, fərqli fənləri, fərqli ardıcıllıqda, fərqli insanlardan öyrənmək lazımdır”.

 

Ekspert əlavə edib ki, hər şey maddi imkan və məqsəddən asılıdır:

 

“Mütləq şəkildə diplom sahibi olmaq istəyirsinizsə, hər hansı universitetin hər hansı bir ixtisasına qeyd ola bilərsiniz. Hər hansı bir İT ixtisasına yiyələnmək istəyirsinizsə, onda yaxşı İT təhsili verən özəl peşə təhsil müəssisələrin birinə müraciət edib, orada marağınıza görə bir kursa yazılmağınızı tövsiyə edirəm. Hər ikisini də bitirməyə həm maddi, həm mənəvi imkanınız çatsa, həm universitet diplomunuz, həm də İT sahəsində bilik və bacarığınız olar”.

 

Türkan 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...