Bu iki ölkədə güclü zəlzələ oldu

Bu iki ölkədə güclü zəlzələ oldu

İranda 5,2 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

 

 Episentri İranın Hörmüzqan əyalətinin Bender Lenge rayonunun Bender Makam kəndində olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 01:39-da qeydə alınıb.



Məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib.



Episentri Xost əyaləti olan Əfqanıstanda isə 5,9 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti əvvəlcə zəlzələnin maqnitudasını 6,1, sonra isə 5,9-a qədər yeniləyib.



Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqində, Pakistanla sərhəddə yerləşən Xost vilayətindən 46 kilometr cənub-qərbdə olub. Zəlzələ Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın Pakistanın əsas şəhərlərində də hiss olunub.



"Reuters" xəbər agentliyi Əfqanıstan və Pakistanda güclü hiss edilən zəlzələdə ən azı 130 nəfərin həyatını itirdiyini açıqlayıb.



Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR