Dünyaca məşhur komediya ustası haqqında şok: “Əvvəlcə spirt verdi, yataq otağına apardı, sonra..”

Dünyaca məşhur komediya ustası haqqında şok: “Əvvəlcə spirt verdi, yataq otağına apardı, sonra..”

Məşhur amerikalı komediya ustası Bill Kosbi barədə məhkəmə qərarı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, 84 yaşlı Kosbi 1975-ci ildə “Playboy” malikanəsində yetkinlik yaşına çatmayan uşağa cinsi təcavüz etməkdə ittiham olunub.  O, məhkəmədə münsiflər heyəti tərəfindən təqsirli bilinib. Həmin vaxt 16 yaşı olan Cudi Hut məhkəmədəki ifadəsində Los-Anceles yaxınlığındakı parkda film çəkdirərkən tanış olduğu Kosbinin bir neçə gün sonra ona cinsi təcavüz etdiyini bildirib. Hut çıxışı zamanı komediya ustasının  ona  spirt verdiyini və sonra “Playboy” malikanəsindəki yataq otağına apardığını, müqavimətinə baxmayaraq cinsi əlaqəyə girməyə məcbur edildiyini söyləyib. Məhkəmədə göz yaşlarını saxlaya bilməyən Hut hadisədən sonra özünü axmaq hiss etdiyini əlavə edib. Vəkilləri isə, münsiflər heyətinə Hut və Kosbinin malikanədə çəkilən şəklini göstərib.

 

Bill Kosbi məhkəmədə birbaşa iştirak etməyib. Lakin onun vəkilləri 2015-ci ildə komediya ustasının Hutu tanımadığını və azyaşlı ilə cinsi əlaqədə olmadığını bildiriblər. Onlar Hutun ilk ifadələrində hadisə zamanı 15 yaşında olduğunu bildirdiyini, lakin məhkəmədən həftələr əvvəl bu detalı dəyişdirərək ziddiyyətin olduğunu müdafiə ediblər. Vəkillər həmçinin Hutun Kosbi ilə çəkdirdiyi şəklini qəzetlərə təklif etdiyini irəli sürüblər. Münsiflər heyəti isə Kosbinin hazırda 64 yaşı olan Huta 500 min dollar təzminat ödəməli olduğuna qərar verib.

 

Qeyd edək ki, #MeToo hərəkatı başlayandan sonra 50-dən çox qadın "Amerikanın atası" kimi tanınan Kosbini 1960-cı illərin ortalarından bəri onlara qarşı cinsi təcavüzdə ittiham edib. Kosbi ona qarşı irəli sürülən ittihamları rədd edib. 2018-ci ildə narkotik maddə qəbul etməkdə və 2004-cü ildə bir qadına cinsi təcavüz etməkdə təqsirli bilinən Kosbi 10 il müddətinə azadlıqdan məhrum edilib. Bir ildən az əvvəl Pensilvaniya Ali Məhkəməsi Kosbinin hökmünü ləğv edərək üç il həbsdə yatan komediya ustasını azadlığa buraxıb. 2014-cü ildə Kaliforniya ştatının Santa Monika şəhərində açılan məhkəmə iddiası Kosbinin cinayət təqibi səbəbilə illərdir təxirə salınmışdı.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR